Quardiola Tuhelin gəlişinə niyə sevinir? - ÖZÜ DEDİ

Quardiola Tuhelin gəlişinə niyə sevinir? - ÖZÜ DEDİ
"Mançester Siti"nin çalışdırıcısı Xosep Quardiola Tomas Tuhelin "Çelsi"yə  baş məşqçi təyin olunmasına münasibət bildirib.
Fanat.Az "Eurosport"a istinadən xəbər verir ki, ispan mütəxəssis belə danışıb:
"Xoş gəlib. Tuhel böyük məşqçidir. Əminəm ki, uğur qazanacaq. Mən "Bavariya"nı çalışdıranda onun komandalarına - "Maynts" və "Borussiya"ya qarşı oynamışam. Yaxşı işlər görmüş, komandalarına özünəməxsus oyun fəlsəfəsi aşılamışdı. Bundesliqada keçirdiyim son mövsümdə Tuhelin "Borussiya"sı möhtəşəm idi. Həmin vaxt çempion olmaq üçün onlarla çox gərgin mübarizə apardıq. Tomas dostumdur. İngiltərədə olduğu üçün çox şadam". 
Dekabrda PSJ-dən qovulan Tuhel "Çelsi"nin baş məşqçi postunda istefaya göndərilən Frenk Lempardı əvəzləyib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər