"Qəbələ" "İnter"lə oyuna itkilərlə çıxacaq. Fanat.Az xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk kubok matçından öncə 2 futbolçunun xidmətindən məhrum olub.Belə ki, Vitali Vernidub və Elvin Camalov "İnter"ə qarşı oynamayacaq. Ukraynalı müdafiəçi zədə alıb və uzun müddətə sıradan çıxıb. Camalov isə artıq fərdi məşqlərə başlayıb, amma kollektivlə hazırlıq prosesinə hələ qatılmır.Tellur Mütəllimovun isə oynaması sual altındadı. Zədəsi olan gənc futbolçunun Bakıda baş tutacaq matçda meydana çıxıb-çıxmayacağı dəqiqləşməyib.Əvəzində Rəşad Sadiqov bu görüşdə komandasına kömək edəcək. Təcrübəli yarımmüdafiəçi zədəsini tam olaraq sağaldıb. Komanda ilə birgə məşq edən Sadiqovun yaşıl meydanlara qayıdışı üçün heç bir problem qalmayıb.Qeyd edək ki, martın 30-da “İnter Arena”da keçiriləcək “İnter” - “Qəbələ” matçı saat 17.00-da start götürəcək. Fanat.Az
Qriqorçuku düşündürən itkilər
TREND
Tv Afişa
10:47
18.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
12:05
20.10.2026
Şahin Diniyev "Sabah" - "Borussiya" matçına proqnozunu açıqladı
Azərbaycan futbolu
15:10
21.10.2026
Nəriman "Qarabağ"a qayıtmaq istəyirmi? - Özü cavabladı
Tv Afişa
09:51
23.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA