İngiltərənin "The Sun" nəşri maraqlı siyahı hazırlayıb.
Fanat.Az xəbər verir ki, siyahıda istefaya göndərilərkən klubdan yüksək təzminat alan baş məşqçilərin adları yer alıb:
Reytinqin lideri 2018-ci ildə “Çelsi”dən qovulduğu üçün 30,6 milyon avro alan Antonio Kontedir.
Joze Mourinyo 2018-ci ildə “Mançester Yunayted”dən 22,9 milyon avro, 2007-ci ildə isə “Çelsi”dən 21 milyon avro almasına baxmayaraq italiyalı məşqçidən geri qalır.
Ilk 5-liyi Luis Felipe Skolari tamamlayır. Braziliyalı məşqçi "Çelsi"dən getdiyinə görə 15,9 milyon avro gəlir əldə edib.
Altıncı yerdə Rusiya Futbol İttifaqından 15,6 milyon avro alan millinin keçmiş baş məşqçisi Fabio Kapellodur.
Reytinqdə növbəti yerdə Maurisio Poçettino qərarlaşıb. Argentinalı mütəxəssis 2019-cu ildə qovulduğuna görə “Tottenhem”dən 14,6 milyon avro alıb.
Andre Villaş-Boaş 2012-ci ildə “Çelsi”dəki yarımçıq işinə görə təxminən 14 milyon avro təzminat alıb. "Zadəganlar" həmin il Roberto Di Matteoya isə12,5 milyon avro ödəyib.
Bu yaxınlarda "Barselona"nın baş məşqçi postunu tərk edən Ronald Kuman isə Kataloniya təmsilçisini 11,7 milyon avro ziyana salıb.
Beləliklə, məşqçilərə ən çox pul "xərcləyən" klub “Çelsi” olub.
Emin Şəmsiyev