Qomis "Fənərbaxça"ya keçir? - AÇIQLAMA

Qomis "Fənərbaxça"ya keçir? - AÇIQLAMA
Bafetimbi Qomis "Fənərbaxça"ya keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanın "Əl-Hilal" klubunda çıxış edən fransalı hüumçu "Fanatik" qəzetinə açıqlama verib.
Qomis haqqında çıxan transfer xəbərlərini təkzib edib: "Fənərbaxça"ya böyük hörmətim var. Gələcəkdə nələr ola bilər, deyə bilmərəm. Amma mənim ürəyim hər zaman "Qalatasaray"la bərabərdi. Türkiyədə başqa bir komandada oynamaq çətin olar. "Qalatasaray" da, "Fənərbaxça" da böyük klublardı. Onları və bütün türk klublarını dəstəkləyirəm".
Fransalı futbolçu Fatih Terimlə bağlı da danışıb: "Fatih Terim bir atadı. Mənim üçün çox şey etdi. Ona karyerasında uğurlar arzulayıram". 
Qeyd edək ki, Qomis 2017-ci ilin yayında İngiltərənin "Suonsi" klubundan "Qalatasaray"a 2,5 milyon avroya transfer olunub. O, 2017/18 mövsümündə Super Liqada 29 qol vuraraq rekord qırıb və 6 milyon avroya "Əl-Hilal"a keçib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər