"Monako"nun rus müdafiəçisi Aleksandr Qolovin Fransa vətəndaşlığı almaq istədiyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, o, "YouTube" üzərindən yayımlanan "Nobel" kanalına açıqlamasında belə danışıb:
"Yox, mən Fransa pasportu almaq istəməmişəm. Bu barədə düşünməmişəm, düşünməyə də hazırlaşmıram".
Qolovin 2018-ci ildən "Monako"da çıxış edir. Onun Liqa 1 təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Cari mövsüm Fransa çempionatında 15 matça çıxan Aleksandr 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb..