"Çelsi"nin belçikalı hücumçusu Romelu Lukakunun meneceri Federiko Pastorello futbolçunun yeni klubuna keçidini şərh edib.
Fanat.Az xəbər verir ki, agent şəxsi "Twitter" səhifəsində belə yazıb:
“Keçən həftə çox gərgin və intensiv keçib. Açıqlamanı daha əvvəl yayımlamaq istəyirdim, amma transferin baş tutmasını gözləmək qərarına gəldim.
İlk növbədə demək istəyirəm ki, konstruktiv tənqidi həmişə qəbul etmişəm. Bu, işimizin bir hissəsidir. Ancaq yalanları və təhdidləri qəbul edə bilmərik. Qızlarımı və həyat yoldaşımı da hədələyırlər. Bu, artıq adi vətəndaş münasibətlərindən kənara çıxır.
Romelu Lukaku bütün qəlbi ilə sevdiyi bir klub olan "Çelsi"yə qayıtmaq imkanını öyrənəndə birlikdə qərar qəbul etdik. Və pulun bununla heç bir əlaqəsi yoxdur.
Sizi əmin edə bilərəm ki, "İnter"in direktoru Cüzeppe Marotta, idman direktoru Piero Ausilio və məşqçi Simone İnzagi bu transferin həyata keçməməsi üçün hər şey edirdilər. Klub rəhbərlərinin göstərişlərini həvəslə yerinə yetirirdilər".
Xatırladaq ki, transfer məbləği 115 milyon avro olan Lukaku "zadəganlar"la müddəti 2025/26 mövsümünün sonuna qədər olan müqavilə imzalayıb.
Emin Şəmsiyev