Qəribə hadisə: Qadın millisinin kapitanı kişi çıxdı

Qəribə hadisə: Qadın millisinin kapitanı kişi çıxdı

Futbol üzrə qadınlardan ibarət millilərin Afrika çempionatında Zambiya yığması hücumçusu və kapitanı Barbara Bandasız debüt etməli olub.

Fanat.Az "CNN Sport"a istinadən xəbər verir ki, o, tibbi səbəblərə görə komandadan uzaqlaşdırılıb.

Məlumatda qeyd olunur ki, bir neçə yerli jurnalist Barbaranın iştirak etməməsinin əsl səbəbini, orqanizmində yüksək testosteron səviyyəsinin aşkarlanmasında görür. Onun kişi olduğu bildirilir. 

Zambiya Futbol Federasiyası məsələyə biganəlik göstərir ki, bu da yerli azarkeşlərin narazılığına səbəb olub.

Qəribə hadisə: Qadın millisinin kapitanı kişi çıxdı

Xatırladaq ki, 2020-ci il Olimpiya Oyunları zamanı da Zambiya millisinin heyətində oxşar hallar baş vermişdi. Belə ki, qadınlardan ibarət millinin heyətində Naçule Reyçel və Reyçel Kundanancinin də kişi olduğu müəyyən olunmuşdu. Buna görə Zambiya Futbol Federasiyası Beynəlxalq Olimpiya Komitəsi  tərəfindən ciddi xəbərdarlıq almışdı. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər