"Qələbələrin sayı çox olacaq" - Ədəhim Niftəliyev

"Qələbələrin sayı çox olacaq" - Ədəhim Niftəliyev

Birinci Liqanın 17-ci turunda "Mingəçevir" səfərdə "Zaqatala" ilə qarşılaşıb. Görüş qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.  "Şəhərlilər"in baş məşqçi Ədəhim Niftəliyevlə əlaqə saxlayıb görüş barədə fikirlərini öyrəndik. Niftəliyevin Fanat.Az-a açıqlaması belə oldu: "Uşaqlar sona kimi əzmkarlıq göstərdilər. Kişi kimi vuruşdular və istədiyimiz nəticəni aldıq. Qalib gəlsək də, çatışmayan cəhətlərimizin olduğunu deməliyəm.  Azarkeşlərə deyirəm ki, səbrli olub bizə dəstək olsunlar. Ümid edirəm ki, qələbələrin sayı çox olacaq. Mən birdən-birə komandanı dəyişə bilmərəm. Təcrübə yığaraq nəticə əldə edəcəyik. Azarkeşlərimiz axıra kimi komandaya, xüsusilə gənc oyunçularımıza dəstək olsunlar". Nahid Ustaclı

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər