Qədirzadəli “Samtrediya” üzüldü

Qədirzadəli “Samtrediya” üzüldü
Azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi "Samtrediya” Gürcüstan çempionatında 14-cü turun matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Tiflis "Lokomotiv”i ilə qarşılaşan komanda meydandan 1:3 hesablı məğlubiyyətlə ayrılıb. 
Görüşün iştirakçısı olan 21 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Samtrediya” 14 oyuna topladığı 9 xalla hazırda 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər