"Real Madrid"in sabiq futbolçusu Qaret Beyl karyerasını ABŞ-da davam etdirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı insayder Fabritsio Romano yayıb.
32 yaşlı hücumçunun “Los Anceles”ə keçəcəyi bildirilir. Onunla 1+1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, uelsli futbolçu 2013-cü ildən "Real Madrid"də çıxış edib.