"Qarabağ"ın rəqibində yeni müqavilə

"Qarabağ"ın rəqibində yeni müqavilə

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" futbolçusu Joau Vaskonselosla müqavilə yeniləyib.

Fanat.Az Portuqaliya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, fevralda 19 yaşı tamam olacaq müdafiəçinin yeni anlaşmasının müddəti 2028-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, "Braqa"nın yetirməsi olan Joau ölkəsinin aşağı yaş qrupları üzrə bütün millilərinin formasını geyinib.

Xatırladaq ki, “Qarabağ”la “Braqa” arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər