"Qarabağ"ın rəqibində koronavirus şoku

"Qarabağ"ın rəqibində koronavirus şoku

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpik Marsel"in 2 futbolçusu koronavirusa yoluxub.

Fanat.Az xəbər verir ki, məlumatı Fransa klubunun baş məşqçisi Xorxe Sampaoli verib.

Argentinalı mütəxəssis müdafiəçi Pol Lirola və yarımmüdafiəçi Konrad de la Fuentenin testinin cavabı müsbət çıxıb. 

Qeyd edək ki, "Qarabağ" "Olimpik Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər