Əvəzedicilər Liqasında 29-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün 2 oyun baş tutub.
“Qarabağ-2” “Səbail-2” ilə ev oyununda darmadağına sevinib. “Turan Tovuz-2” isə “Sabah-2” ilə oyunda məğlubiyyətə üzülüb.
Əvəzedicilər Liqası 29-cu tur 7 aprel
“Qarabağ-2” – “Səbail-2” 5:1 Qollar: İbrahim Camalov, 45+2-pen. Nurlan Şabanov, 51. İlham Hüseynov, 78; 90+1. Nihad Mollayev, 83 – İftixar İbrahimov, 39. Hakimlər: Murad Səlimov, Rasim Axundov, Mirnihad Seyidov, Kamil Aydınov.
“Turan Tovuz-2” – “Sabah-2” 0:2 Qollar: Nicat Quliyev, 42-pen. Oluvaseun Timilehin, 83. Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Sərxan İsmayılov.