Berlində Avropa Klublar Birliyinin (European Club Association) Baş Assambleyası keçirilib.
Fanat.Az xəbər verir ki, toplantıda qurumun 2023-2027-ci illər üçün İcraiyyə Komitəsinə üzvlərin seçimi baş tutub.
"Qarabağ"ın baş meneceri Asif Əsgərov səs çoxluğu ilə növbəti 4 ildə İcraiyyə Komitəsinə üzv seçilib. Bununla da, Ağdam təmsilçisinin rəsmisi beynəlxalq futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı olub.
Asif Əsgərov 2017-ci ildən ECA işçi qrupunun üzvü, 2019-cu ildən isə katibi olub.
2008-ci ildə təsis olunmuş ECA UEFA-nın tanıdığı yeganə klub təşkilatıdır. ECA-nın rəhbəri PSJ-nin prezidenti Nasser Əl Xelaifidir.