Şotlandiyanın "Breşin Siti" klubunun 32 yaşlı qapıçısı Qrem Smitin başına inanılmaz olay gəlib.
Fanat.az хəbər verir ki, qolkiper komandasının doğma meydanda "Stenhousemui" ilə keçirəcəyi oyunun səfərdə baş tutacağını düşünərək 143 km yol getdikdən sonra həyatının şokunu yaşayıb.
Qarşılaşmanın evdə oynanılacağını öyrənən Smit sürətlə geri qayıdıb. 4 saatlıq yolculuqdan sonra stadiona çatan qapıçı komandasının 1:2 hesablı məğlubiyyətinə əngəl ola bilməyib.
Smitin başına gələnləri eşidən İngiltərənin "Sky Sport" kanalının aparıcısı və şərhçiləri gülməkdən özlərini saхlaya bilməyib.


Fanat.az