Qanunsuz qaz ovlayan klub sahibi ölü tapıldı - FOTO

Qanunsuz qaz ovlayan klub sahibi ölü tapıldı - FOTO

2002-2018-ci illərdə Rusiya Milli Futbol Liqasının II Divizionunda çıxış etmiş "Smena" klubunun investorlarından biri, millət vəkili  Aleksandr Kramarenko öz otağında ölü halda tapılıb. 

Fanat.Az Rusiyanın "Vzqlyad" nəşrinə istinadən xəbər verir ki, "Vahid Rusiya" partiyasının və Maqadan şəhər dumasının üzvü olan deputatın nəşi dekabrın 19-da axşam saatlarında tapılıb.

Hadisə yerinə baxış keçirib, mərhumun qohumları, həmkarları və digər mümkün şahidlər dindirilib. Həmçinin müşahidə kameralarının videoyazıları nəzərdən keçirilir. Ölümün dəqiq səbəbini öyrənmək üçün tibbi ekspertiza və digər müayinələr təyin edilib.

İlkin məlumatlara görə, Kramarenko güllə yarası alıb. Deputatın ölümü ilə bağlı müxtəlif versiyalar nəzərdən keçirilir.

"Vahid Rusiya"nın Sibir regional bölməsi Kramarenkonun ölümünü təsdiqləsə də, şərh verməkdən imtina edib.

Xatırladaq ki, daha əvvəl ona qarşı qazların qanunsuz ovlanması ilə bağlı cinayət işi açılmışdı.

Qanunsuz qaz ovlayan klub sahibi ölü tapıldı - FOTO

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər