Qana millisinin üzvü dağıntılar arasından bu vəziyyətdə çıxarıldı

Qana millisinin üzvü dağıntılar arasından bu vəziyyətdə çıxarıldı

"Hatayspor"un və Qana millisinin futbolçusu Kristian Atsu Türkiyədəki zəlzələ zamanı qaldığı dağıntıların arasından xilas edilib.

Fanat.Az  "A Bola"ya istinadən xəbər verir ki, sağ ayağından xəsarət alan və nəfəs darlığından əziyyət çəkən 31 yaşlı oyunçu xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Atsu "Hatayspor"un dağıntılar arasında qalan yeganə oyunçusu deyil. Daha öncə binaların birinin zirzəmisindən sözügedən klubun 3 oyunçusu sağ çıxarılıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər