Qalliani "Montsa"nın hədəfini açıqladı

Qalliani "Montsa"nın hədəfini açıqladı

İtaliyanın "Montsa" klubunun baş direktoru Adriano Qalliani klubun gələn mövsüm üçün hədəfini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "La Gazetta dello Sport" təcrübəli funksionerdən sitat təqdim edib:    “Məqsədimiz ilk "10-luğ"a düşməkdir. Biz A Seriyasında qalmaq uğrunda mübarizədən danışmamalıyıq. İddialı planlar qururuq. Təvazökar olmaq lazım deyil. Keçən il A Seriyasında oynamaq haqqında danışmışdıq və sonda bunu bacardıq. Yeni hədəf budur - minimum 10-cu yer, aşağı yerlər tutmaq olmaz". 

Qeyd edək ki, "Montsa" bu il İtaliya A Seriyasına yüksəlib. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər