“Qalib gəlsəydik, daha yaxşı olardı” - Samir Abbasov

“Qalib gəlsəydik, daha yaxşı olardı” - Samir Abbasov

“Qəbələ” ilə az müddət öncə oynamışdıq. Bu oyuna başqa cür hazırlaşmışdıq. Uduzmaq niyyətində deyildik”. Bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov Topaz Premyer Liqasının IX turunda “Qəbələ” ilə 2:2 hesabı ilə bərabər qaldıqları oyundan sonra deyib.

 

Gənc mütəxəssis bildirib ki, “Qəbələ”ni məğlub etməyi hədəfləyiblərmiş: “Bu gün uşaqlar sona qədər vuruşdular. Deyə bilmərəm ki, xal qazandıq və ya itirdik. Əsas o idi ki, bu gün yaxşı oynadıq. Məqsəd “Qəbələ”ni burdan əliboş yola salmaq idi. Qalib gəlsəydik, daha yaxşı olardı, amma məğlub olmamaq da pis nəticə deyil”. (apasport.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər