Qadın güləşçimiz təsəlliverici görüşə çıxmayacaq - Səbəb

Qadın güləşçimiz təsəlliverici görüşə çıxmayacaq - Səbəb

Azərbaycanın qadın güləşçisi Leyla Qurbanova Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında təsəlliverici görüşə çıxmayacaq.

Azərbaycan Güləş Federasiyasından Fanat.Az-a verilən məlumata görə, 53 kiloqram çəki dərəcəsində çıxış edən idmançı zədə səbəbindən mübarizəni dayandırıb.

Qurbanovanın ötən gün Xulan Batxuyaqla (Monqolustan) 1/4 final görüşündə çiyni çıxıb. Daha sonra ona tibbi müdaxilə olunub. Güləşçi təsəlliverici qarşılaşmada Vineş Vineş (Hindistan) / Juldiz Eşimova (Qazaxıstan) cütünün qalibi ilə üz-üzə gəlməli idi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər