Qadın boksçumuz Polşada yarımfinala yüksəldi

Qadın boksçumuz Polşada yarımfinala yüksəldi

Azərbaycanın qadın boksçusu Şəhla Allahverdiyeva Polşanın Pultusk şəhərində keçirilən beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Asuteya Ausiuteni (Litva) 4:1 (30:27, 30:27, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edib.

O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.

Allahverdiyeva finala gedən yolda fransalı Fatia Benmessahellə üz-üzə gələcək.

Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər