"Çelsi"nin yarımmüdafiəçisi Kristian Pulişiç (Christian Pulisic) Premyer Liqanın 2-ci turunda "Arsenal"la oyunu buraxacaq.
Fanat.Az xəbər verir ki,bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bu həftənin əvvəlində amerikalı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb.
"Kristal Pelas"a qarşı 1-ci turun oyununu buraxan Nqolo Kante (Ngolo Kante) və Hakim Ziyeş (Hakim Ziyech) yenidən meydana qayıda bilər.
Belçikalı hücumçu Romelu Lukakunun da oynaması planlaşdırılır.
Xatırladaq ki, "Arsenal" - "Çelsi" oyunu bazar günü Bakı vaxtı ilə saat 19:30-da baş tutacaq.
Emin Şəmsiyev