PSJ evdə xal itirdi

PSJ evdə xal itirdi

Fransa Liqa 1-də 23-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün 6 görüş baş tutub.

“Nitsa” - “Klermon” matçı qolsuz bitib. Lider PSJ də “Renn”lə ev oyununda xal itirib. “Lill” səfərdə “Tuluza”ya uduzub.

“Reyms” səfərdə “Havr”a, “Monako” isə “Lans”a qalib gəlib. Marsel “Olimpik”i də “Monpelye” ilə ev oyununda darmadağına sevinib.

Hazırda 54 xala malik PSJ vahid liderdir. “Brest” 43 xalla 2-ci, “Monako” 41 xalla 3-cü, “Nitsa” 40 xalla 4-cü, “Lill” 38 xalla 5-ci, “Lans” 36 xalla 6-cıdır.

Fransa Liqa 1 23-cü tur 23 fevral

Mets – Olimpik (Lion) 1:2 Qollar: Mikautadze, 13 – Lakasett, 45+1. Benrahma, 60.

24 fevral

Loryan – Nant 0:1 Qol: Kastelyetto, 49.

Strasburq – Brest 0:3 Qollar: M.Kamara, 33; 40; 60-pen.

25 fevral

Lans – Monako 2:3 Qollar: Vahi, 31. Said, 77 – Baloqun, 19. Minamino, 30; 90+2.

Havr – Reyms 1:2 Qollar: Ture, 74-pen – Darami, 64; 90+5-pen.

Nitsa – Klermon 0:0

Tuluza – Lill 3:1 Qollar: Elebi, 49. Sierro, 60-pen. Dallinqa, 66 – Haraldsson, 45.

PSJ – Renn 1:1 Qollar: G.Ramos, 90+7-pen – Quiri, 33.

Olimpik (Marsel) – Monpelye 4:1 Qollar: Ndiaye, 31. Obameyanq, 43; 62-pen. Saçko, 82-öz qapısına – Əl-Tamari, 5.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər