Robert Prosineçkinin "Bursaspor"a keçidi ilə bağlı danışıqlar davam edir. Fanat.Az xəbər verir ki, bu barədə xorvat mütəxəssisin təmsilçisi Yaşar Çalışır məlumat verib.
"Ajansspor"a açıqlama verən menecer Prosineçkinin "Barsaspor"dan aldığı təklifə müsbət yanaşdığını deyib: "Bursaspor" məsələyə son dərəcə peşəkar yanaşır. Prosineçki də təklifə müsbət baxır. Amma kimsəni incitmək istəmir. Azərbaycanda çox sevilir. Burdakı insanları incitmədən çıxış yolu axtarırıq. AFFA ilə görüşlərimiz davam edir. İddia edildiyi kimi, Prosineçkinin müqaviləsindəki təzminant maddəsi prosesə əngəl törətmir".
Yaşar Çalışır bildirib ki, xorvat mütəxəssis bir müddət Azərbaycan millisini və "Barsaspor"u paralel çalışdıra bilər: "Martda Azərbaycanın Almaniya ilə oyunu var. Bəlkə o matça qədər Prosineçki həm "Bursaspor"u, həm də Azərbaycan yığmasını birlikdə çalışdıra bilər. Bu mənim təklifimdi. Tərəflər buna müsbət yanaşır. Prosineçki Türkiyə futbolu ilə bağlı çox şey bilir. "Bursaspor" rəsmiləri bunu görəndə çox təəccübləndi. Bu gün və ya sabah bir nəticə əldə etməyə ümid edirik. Keçidin baş tutmaq ehtimalı 50 faizdi".
Qeyd edək ki, "Bursaspor"un İdarə Heyətinin üzvü Yüksel Çolak və meneceri Hüseyn Gedikin danışıqlar aparmaq üçün Bakıda olduğu bildirilir. Prosineçki özü isə dünən təklifdən imtina etdiyini açıqlamışdı.
Fanat.Az