Prosineçki danışdı: millidən gedir?

Prosineçki danışdı: millidən gedir?

Robert Prosineçki milli komandamızı tərk edəcəyi ilə bağlı xəbərləri təkzib edib. Fanat.Az xəbər verir ki, Türkiyənin “Bursaspor” klubuna keçəcəyi deyilən xorvat mütəxəssis goal.com-a açıqlamasında belə bir fikrinin olmadığını deyib: 

"Azərbaycan millisi ilə davam edən müqaviləm var. Federasiyadakı insanlar işimdən razıdırlar. Növbəti çağırışa qədər burada qalacam. Məsələ çox sadədir: ilin sonuna qədər müqaviləm var və buna hörmət etməliyəm. Təəssüf ki, iki gün öncə ağır məğlubiyyət aldıq, ancaq bu, heç nəyi dəyişdirmir. Bilirəm, haqqımda çox şey yazırlar. Deməliyəm ki, indiki vəziyyətdə iş yerimi dəyişəcək bir səbəb görmürəm”.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər