“Prezident Kuboku 2024”: Paşayev - Babayev cütlüyü "bürünc" qazandı

“Prezident Kuboku 2024”: Paşayev - Babayev cütlüyü "bürünc" qazandı

Azərbaycan Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında yeddinci medalı qazanıb.

Fanat.Az xəbər verir ki, Nurlan Paşayev - Fariz Babayev (2006-2007-ci il təvəllüdlü) cütlüyü 1500 metr məsafəyə akademik avarçəkmə növündə bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, bu gün başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayır. Azərbaycan idmançıları daha əvvəl 1 qızıl, 2 gümüş və 3 bürünc medal əldə ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər