"Fənərbaxça”nın sonuncu məğlubiyyəti azarkeşlərlə birlikdə klub prezidenti Ali Koçu da özündən çıxarıb.
Fanat.Az xəbər verir ki, 0:3 hesablı məğlubiyyətdən sonra özündən çıxan Koç futbolçuların təyyarə ilə İstanbula dönməsinə qadağa qoyub.
Futbolçular İstanbula avtobusla qayıdıblar və gecə saat 2 radələrində klubun bazasına çatıblar. Orda isə onları etirazçı azarkeşlər qarşılayıb.
15 turdan sonra topladığı 14 xalla "Fənərbaxça” 16-cı sıradadı və "düşmə zonası”nda yer alır.
Fanat.Az