Potter 20 il sonra bunu bacardı

Potter 20 il sonra bunu bacardı

"Çelsi"nin baş məşqçisi Qrem Potter bir mövsümdə UEFA Çempionlar Liqasında 5 qələbə qazanan ikinci ingilis məşqçi olub. 

Fanat.Az xəbər verir ki, bu barədə "Opta" statistik portalı məlumat yayıb. 

Bundan əvvəl Bobbi Robson bunu 20 il əvvəl - 2002/03 mövsümündə öz "Nyukasl"ı ilə bacarıb.

Xatırladaq ki, Potterin başçılıq etdiyi “Çelsi” “Stemford Bric”də Dortmund “Borussiya”sına inamla qalib gəlib – 2:0. Bu hesab ümumilikdə turnirin 1/4 finalına yüksəlmək üçün kifayət edib. "Zadəganlar" ilk görüşdə 0:1 uduzmuşdu. 

"Çelsi" turnirin qrup mərhələsində "Milan", "Salzburq" və "Dinamo Zaqreb"in yer aldığı qrupu 13 xalla (4 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət) lider başa vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər