"Mançester Siti"nin heyətinə qatmaq istədiyi daha bir futbolçunun kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, Pep Qvardiolanın çalışdıracağı klub "Yuventus"dan Alvaro Moratanı hədəfə alıb.
"Mançester Siti" bundan əvvəl Turin klubundan Paul Poqbanı heyətinə qatmaq istəyirdi. Lakin "Yuventus"un fransalı ulduzunu 100 milyon avrodan ucuz satmaması ingilisləri hədəf dəyişməyə məcbur edib. "Brussiya"dan (Dortmund) İlkay Gündoğanla anlaşan "şəhərlilər" Moratanın da transferini tez bir zamanda həll etmək istəyir.
Qeyd edək ki, 23 yaşlı futbolçu 2014-cü ildə "Real"dan "Yuventus"a 20 milyon avroya transfer edilib. Cari mövsümdə 43 oyuna çıxan ispan forvard 10 qola imza atıb.
Fanat.az