Pirlodan Mançininin gördüyü işə münasibət

Pirlodan Mançininin gördüyü işə münasibət

Turin təmsilçisi "Yuventus"un sabiq baş məşqçisi Andrea Pirlo İtaliya millisinin baş məşqçisi Roberto Mançininin (Roberto Manchini) milli komandadakı işini qiymətləndirib.

Fanat.Az xəbər verir ki, "The Athletic" nəşri 42 yaşlı mütəxəssisin dediklərini belə çatdırır:

"Milli komanda ilə mötəbər yarışda qalib olmaqdan böyük sevinc yoxdur. Uzun müddətdir ilk dəfə böyük  turnirin qalibi olduq. Mançini əla iş gördü. Komandanın öz siması vardı, klub kimi oynayırdı. Əvvəlcədən hamı nə edəcəyini bilirdi."

Xatırladaq ki, Turin klubu son 10 ildə ilk dəfə İtaliya çempionu olmadığına görə Andrea Pirlo ilə yollarını ayırmışdı.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər