"Barselona"nın futbolçusu Cerard Pikenin həyat yoldaşı Şakira maraqlı açıqlama verib. Fanat.az xəbər verir ki, "Instagram"dakı profilində oğullarının fotolarını paylaşan kolumbiyalı müğənni 8-9 uşaq istədiyini bildirib:
"Analıq mənim üçün hər şeydi. Amma Cerard olmasa, nə edəcəyimi bilmirəm. Həmişə yanımdadı, oğullarımızın qayğısını çəkir. 8 və ya 9 uşaq anası olmaq istəyirəm".
Qeyd edək ki, Pike və Şakiranın iki oğlu var: Milan və Saşa.
Fanat.az