PFL“Insports.tv” ilə əməkdaşlığa başladı

PFL“Insports.tv” ilə əməkdaşlığa başladı

Peşəkar Futbol Liqası və “Insports.tv” beynəlxalq şirkəti arasında rəsmi müqavilə bağlanılıb.

Fanat.Az xəbər verir ki, məlumatı qurumun rəsmi saytı yayıb.

2022/2023 mövsümünün sonuna qədər Misli Premyer Liqası və I Divizion yarışlarının internet üzərindən yayımı yalnız “Insports.tv” saytı və tətbiqində mümkün olacaq.

Qeyd edək ki, “InStat” şirkətinin tərkibində olan “Insports.tv” 2018-ci ildən fəaliyyət göstərir və müxtəlif ölkələrin futbol, futzal, reqbi kimi bir sıra idman növlərinin çempionatlarını internet üzərindən canlı yayımlayır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər