PFL təqvimdə dəyişiklik etdi

PFL təqvimdə dəyişiklik etdi

Futbol üzrə Azərbaycan I Divizionunda II turun oyun cədvəli açıqlanıb. 

Fanat.Az xəbər verir ki, Gəncə şəhər stadionunun ehtiyat meydançasında təmir və yenidənqurma işləri aparıldığı üçün "Kəpəz-2"-nin "Turan Tovuz-2" ilə görüşünün qrafikində dəyişiklik edilib. 

Belə ki, hər iki komandanın razılığı ilə I Divizionunun 2-ci turunun oyunu “Turan Tovuz-2” – “Kəpəz-2”, 17-ci turun oyunu “Kəpəz-2” – “Turan Tovuz-2” kimi qeyd olunub.

Turun 4 matçı PFL-in yutub kanalı vasitəsilə canlı yayımlanacaq.

30 avqust 

“Neftçi-2” – “Qaradağ Lökbatan” Türk Hava Yolları Futbol Mərkəzi, IV meydança, 17:00

“Zaqatala” – “Mingəçevir” Zaqatala OİK stadionu, 16:30 (canlı/pfl.az)

“Qarabağ-2” – MOİK Binə qəsəbə stadionu, 16:30 (canlı/pfl.az)

31 avqust 

“İmişli” – “Araz Naxçıvan” Saatlı OİK stadionu, 17:00 (canlı/pfl.az)

“Şamaxı-2” – “Qəbələ-2” Şamaxı şəhər stadionu, 16:30

“Sumqayıt” – “Zirə-2” “Kapital Bank Arena”, 17:00 (canlı/pfl.az)

“Turan Tovuz-2” – “Kəpəz” Tovuz şəhər stadionu, 16:00  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər