Pərviz Nəsibov vətənində

Pərviz Nəsibov vətənində

Tokio-2020 Yay Olimpiya Oyunlarında Ukraynaya gümüş medal qazandıran Azərbaycan əsilli yunan-Roma güləşçisi Pərviz Nəsibov Azərbaycana səfər edib.

Fanat.Az xəbər verir ki, bununla bağlı o, özünün “Instagram” səhifəsində paylaşım edib.

23 yaşlı güləşçi Ağstafa rayonundakı evlərinin, bir zamanlar yaşadıqları ərazilərin foto və videolarını yayımlayaraq izləyicilərinə məlumat verib.

O, yenidən vətəndə olmaqda qürur hiss keçirdiyini bildirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər