Peru millisi Argentinada zəhərlənəcəyindən qorxur

Peru millisi Argentinada zəhərlənəcəyindən qorxur

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 6-da Argentina yığmasının qonağı olacaq Peru millisi səfərə içməli su ehtiyatı ilə yollanacaq. 

Fanat.Az "El Especdator"a istinadən xəbər verir ki, məşqçilər korpusu Lionel Messinin həmvətənlərinin rəqib futbolçuları zəhərləyəcəyindən ehtiyatlanır.

Seçmə mərhələnin sonuna 2 tur qalmış Peru və Argentina Rusiyada keçiriləcək dünya çempionatına birbaşa vəsiqə verən 4-cü yer uğrunda mübarizə aparır. Hazırda hər iki komandanın 24 xalı var. Hesabında 7 qələbə olan "inklər" aktivinə 6 zəfər yazmağı bacarmış Argentinanı digər göstəricilərə görə qabaqlayır.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər