Pepe Reynadan duyğusal vida

Pepe Reynadan duyğusal vida

Bu gün "Vilyarreal"dan ayrıldığı açıqlanan 41 yaşlı qapıçı Pepe Reyna sosial şəbəkə hesablarında ürək sözlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, təcrübəli qolkiper belə bir paylaşım edib:

"Evinlə vidalaşmaq asan deyil. O qədər anlarım və xatirələrim var ki... Şadam ki, belə xüsusi klubda xüsusi insanları tanıya, onlarla duyğularımı paylaşa bilmişəm. Əminəm ki, yollarımız yenidən kəsişəcək. Çünki həyat sizi həmişə xoşbəxt olduğunuz yerlərə qaytarır.

İndi mənə son fəsli yazmağa kömək edəcək o yeri tapmalıyam. Özümü bunu etməyə çox hazır və motivasiyalı sayıram. Bu mərhələni unudulmaz etdikləri üçün istisnasız olaraq hər kəsə təşəkkürlərimi çatdırıram. Tezliklə görüşərik".

Qeyd edək ki, 2023/2024 mövsümündə "Vilyarreal" forması ilə 12 matça çıxan Reyna bu qarşılaşmalarda 15 qol buraxıb və 3 görüşdə qapısını toxunulmaz saxlamağı bacarıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər