Penalti vurma, 1 milyon avro al - Şok təklif

Penalti vurma, 1 milyon avro al - Şok təklif

"Lion"la oyunda PSJ-nin iki ulduzu - Neymar və Edinson Kavani arasındakı gərginlik dünya gündəmindən düşmür. İki futbolçunun cərimə zərbəsi və penaltini vurmaq uğrunda mübarizəsi ilə bağlı yeni iddia ortaya atılıb.

Fanat.Az xəbər verir ki, "El Pais" nəşri qalmaqala səbəb olacaq iddia ilə çıxış edib. İddiaya görə, Kavaninin müqaviləsində xüsusi maddə var və bu maddəyə əsasən futbolçu Liqa 1-də bombardir olacağı halda 1 milyon avro mükafat alacaq.

Bildirilir ki, PSJ-nin prezidenti Nasser Əl-Xelafi Kavaniya penalti vurmaq hüququnu Neymara verəcəyi halda bir milyon avronu almağı təklif edib. Lakin uruqvaylı futbolçu bu təklifi qəbul etməyib. 

PSJ rəsmiləri bənzər təkliflə Neymara da müraciət edib. Onlar braziliyalı futbolçudan penalti vurmaq hüququnu Kavaniya verərək "böyüklük" etməsini istəyiblər. Lakin o da təklifi rədd edib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər