Braziliya millisinin sabiq futbolçusu Pele yenidən xəstəxanaya yerləşdirilib.
Fanat.Az xəbər verir ki, hazırda San-Pauludakı özəl klinikada müalicə alan əfsanəvi hücumçunun durumu sabitdir. Onun yaxın günlərdə evə buraxılacağı bildirilib. Xatırladaq ki, Pele avqustun 30-da da xəstəxanaya yerləşdirilmişdi. 80 yaşlı əfsanəvi futbolçu sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilmiş və bir müddət xəstəxanada müalicə aldıqdan sonra evə buraxılmışdı.