Üçqat dünya çempionu Pele dünən San-Paulu xəstəxanasından evə buraxılıb.
Fanat.Az-ın məlumatına görə, "Associated Press" əfsanəvi veteranın müalicə aldığı xəstəxanadan verilən açıqlamanı belə çatdırıb:
"Pelenin vəziyyəti stabildir. O, yoğun bağısaq şişindən müalicə almağa davam edəcək".
Sentyabrda səhhətində problem yarandığı üzə çıxan və əməliyyat edilən 81 yaşlı Pele bu ayın əvvəlində kimyaterapiya seansı üçün xəstəxanaya yerləşdirilmişdi.
Futbol kralı Braziliya millisinin formasıyla çıxdığı 92 oyunda 77 qol vurub. Sabiq hücumçu 1958, 1962 və 1970-ci illərdə keçirilən dünya çempionatlarının qalibi olub.
Nihat