Pektoviç millidə qaldı, amma...

Pektoviç millidə qaldı, amma...

İsveçrə Futbol Federasiyası (İFF) seçmənin 56 yaşlı baş məşqçisi Vladimir Pektoviçlə müqavilə yeniləyib.

Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, tərəflərin yeni anlaşmasının müddəti DÇ-2022-nin sonunadək nəzərdə tutulub. Sözləşmədə İsveçrə millisi mundiala vəsiqə qazana bilməyəcəyi halda, mütəxəssislə yolların vaxtından əvvəl ayrılacağına dair ilkin razılıq da əksini tapıb.

Xatırladaq ki, Pektoviç İsveçrə yığmasını 2014-cü ildən çalışdırır. Komanda onun rəhbərliyi altında AÇ-2016-da və DÇ-2018-də boy göstərib. İsveçrə AÇ-2020-nin də final mərhələsinə vəsiqə qazanıb.

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər