Pekin-2022-də yoluxma artır

Pekin-2022-də yoluxma artır

Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında daha 4 nəfər koronavirusa yoluxub.

Fanat.Az yarışın Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 23-də Olimpiada üçün Çinin paytaxtına gələn 4 şəxsin testi pozitiv çıxıb.

Həmin şəxslərin adları və hansı ölkəni təmsil etdikləri açıqlanmayıb. Bunadək isə 72 nəfərin testi müsbət nəticələnib.

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları 4 - 20 fevralda keçiriləcək. Azərbaycanı Olimpiadada fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcəklər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər