Paye oynamaq istəmirsə, getsin- kapitan partladı

Paye oynamaq istəmirsə, getsin- kapitan partladı

“Həmişə demişəm ki, Dimitri Paye karyeram boyu çiyin-çiyinə oynadığım ən yaxşı futbolçulardandı. Onunla son iki-üç həftədə söhbət etməmişəm. Amma onu deyə bilərəm ki, münasibətlərimiz həmişə əla oub”.  Fanat.Az xəbər verir ki, bunu “Vest Hem”in kapitanı Mark Nobl deyib.

Nobl fransız ulduzun klubdan getməli olduğunu söyləyib: “Səbəblər haqda söz deməyəcəm. Amma oynamaq istəməyən futbolçu klubdan getsə, yaxşıdı. Ömrümü burda keçirmişəm. Baş məşqçinin qərarını anlayıram. Ən yaxşı oyunçun necə oynamaq istəməyə, qələbə qazanmağa çalışmaya bilər axı...”

Qeyd edək ki,  “The Telegraph” Payenin “Vest Hem”də oynamaqdan şəxsən imtina etdiyi haqda informasiya yaymışdı. Futbolçunun bu addımı atmasının səbəbi də incələnmişdi. O, rəhbərliyin Fransa “Marsel”indən gələn təklifi 20 milyon funt kompensasiya tələbiylə qarşıladığını öyrənmiş və özündən çıxmışdı.

Tərəflər danışıqları davam etdirəcək.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər