İtaliya Futbol Federasiyası "Yuventus"un vitse-prezidenti Pavel Nedvedi cəzalandırıb.
Fanat.Az xəbər verir ki, o, dekabrın 12-sinə kimi klubun iştirak etdiyi bütün tədbirləri kənardan izləyəcək.
Buan səbəb onun İtaliya A Seriyasının XV turunda "Atalanta" (3:1) ilə oyundan sonra federasiya üzvlərini təhqir etməsi olub.
Qeyd edək ki, karyerasının uzun illərini "Yuventus"da keçirən əfsanəvi veteran futbolçu 2001-2009-cu illərdə "Goca sinyora"nın şərəfini qoruyub.
2003-cü ildə "Qızıl top" mükafatını qazanıb. Çexiya millisinin sabiq üzvü 91 matçda iştirak edib və 18 dəfə fərqlənib. Pavel Nedved 2009-cu ildə karyerasını başa vurub.
Fanat.Az