Paulinyo 600 minlik avtomobiliylə qəzaya uğradı

Paulinyo 600 minlik avtomobiliylə qəzaya uğradı

Braziliyalı futbolçu Paulinyo dəyəri 600 min dollardan çox olan dəbdəbəli "McLaren 600LT" avtomobili ilə qəzaya uğrayıb. 

Fanat.Az xəbər verir ki, Paulinyo ciddi xəsarət almasa da, maşını tamamilə sıradan çıxıb. 

Bu barədə Braziliya mətbuatına açıqlama verən futbolçu sürət həddini aşmağı ilə bağlı ittihamı təkzib edib:

"İnsanlar deyirlər ki, saatda 177 kilometr sürdüm, amma həqiqətən sürətlə sürsəm, bu gün burada sizin qarşınızda olmazdım". 

"Marca" nəşri isə xəbər verir ki, Paulinyo yeni avtomobil almağı planlaşdırır. O, bildirib ki, ehtiyat hissələri xaricdən çox baha başa gəldiyi üçün qəzaya düşmüş avtomobili təmir etməyə dəyməz. 

 "Artıq başqa bir "McLaren" modeli görmüşəm. Bəyəndiyim avtomobilin fotoları və kadrları var", - o, sözlərini belə yekunlaşdırıb.

Paulinyo hazırda Çin Superliqasında "Şanxay Port"un formasını geyinir.  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər