Paris-2024: Sənan Süleymanov yarımfinala yüksəldi

Paris-2024: Sənan Süleymanov yarımfinala yüksəldi

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ikinci görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 77 kq çəki dərəcəsində yarışan Sənan 1/4 finalda macarıstanlı Zoltan Leva ilə qarşılaşıb.

İdmançımız sonuncu xal prinsipi (1:1) ilə qələbə qazanaraq yarımfinala çıxıb. O, növbəti mərhələdə qazaxıstanlı Demeu Zadrayevlə münasibətlərinə aydınlıq gətirəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər