Türkiyə millisinin müdafiəçisi Ozan Kabak İngiltərənin "Liverpul” klubunun heyətində UEFA Çempionlar Liqasında debüt edib.
Fanat.Az xəbər verir ki, "Laypsiq”lə səfər matçında start heyətdə meydana çıxan 20 yaşlı futbolçu ilkə imza atıb.
Ozan bir İngiltərə klubunun heyətində ÇL matçına çıxan ilk türk futbolçu kimi tarixə düşüb.
Xatırladaq ki, "Liverpul” Kabakı bu qış Almaniyanın "Şalke” klubundan satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb.
ÇL-in 1/8 final mərhələsi çərçivəsində keçirilən "Laypsiq” – "Liverpul” matçında qonaqlar 2:0 hesablı qələbəyə sevinib.