Ozan Can oynadı, komandası qalib gəldi

Ozan Can oynadı, komandası qalib gəldi

Azərbaycan milli komandasının üzvü Ozan Can Kökcü UEFA Konfrans Liqasında oyuna çıxıb.

Fanat.Az xəbər verir ki, futbolçumuzun yeni transfer olunduğu HİK (Finlandiya) 3-cü təsnifat mərhələsi çərçivəsində evdə Monteneqronun "Deçiç" klubu ilə qarşılaşıb. 

Finlandiya təmsilçisi qarşılaşmadan 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Ozan Can da bu görüşün iştirakçısı olub. 26 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb və 67-ci dəqiqədə, komandası hesabda öndə olarkən əvəzlənib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər