Türkiyə Super Liqasının "Gaziantep" - "Kasımpaşa" matçını yalnışlıqla vaxtından əvvəl sonlandıran referi Haliz Özkaya yaranmış vəziyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, bu barədə 43 yaşlı hakim "En Son Haber"ə danışıb.
"Heç kim məni bu matçı bitirməyə məcbur etmədi. Hakim otağına daxil olanda başa düşdüm ki, final fitini lazım olandan tez çalmışam. Ümumiyyətlə, mən beş dəqiqə əlavə etmişdim. Dördüncü hakimi günahlandırıram. O, 9 dəqiqə olan lövhəni göstərdi. Amma bu mənim prinsiplərimə uyğun deyil. Əgər matçı lazım olan vaxtda bitirməsəydik, təkrar oyun təyin oluna bilərdi. Ona görə də hər iki komandadan yenidən qarşılaşmamaq üçün meydana qayıtmağı xahiş etdim. Futbolçular sağ olsunlar, meydana qayıtdılar və matçdan sonra dəstək verdilər ki, insanlıq halıdır, hamı səhv edə bilər".
Özkayha karyerasına son verəcəyini də qeyd edib: "Futbol və idman çox çirkinləşib. Daim təhqir və söyüşlər eşitməkdən yorulmuşam: matçdan əvvəl, oyun zamanı və sonra. Hakimlik peşəsini artıq sevmirəm. Mən daha bu xaosda qalmaq istəmirəm. Sistemi dəyişdirmək lazımdır. Buna görə ayrılmaq qərarına gəlmişəm".
Xatırladaq ki, görüş "Qaziantep"in 2:0 hesablı qələbə ilə başa çatıb.
Emin Şəmsiyev