"Oyunlardan sonra 1-2 şüşə içirdim" - Eden Hazar

"Oyunlardan sonra 1-2 şüşə içirdim" - Eden Hazar

"Çelsi"nin və "Real Madrid"in sabiq belçikalı futbolçusu Eden Hazar pivəni sevdiyini və bu içkinin onun ölkəsində daha yaxşı hazırlandığını deyib.

Fanat.Az xəbər verir ki, "Daily Mail" onun sözlərini belə çatdırıb:

"Bütün belçikalılar kimi, mən də pivəni sevirəm. Çünki dünyanın ən yaxşı pivəsi bizim ölkəmizdə hazırlanır. Yox, hər gün içmirdim. Bu, yalan olar. Ancaq hərdən yaxşı oyunlardan sonra sonra bir-iki şüşə içirdim".

 Xatırladaq ki, Hazar peşəkar futbolçu karyerasını ötən ilin oktyabrında bitirib. O, son klubunda - "Real"da oynadığı dönəmdə artıq çəkidən əziyyət çəkirdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər