Orxan oynadı, 4 qol gördü

Orxan oynadı, 4 qol gördü
Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb. 
Fanat.Az xəbər verir ki, onun formasını geyindiyi "Dinamo-Avto” ölkə çempionatının 2-ci turu çərçivəsində doğma meydanda "Sfintul George” ilə üz-üzə gəlib.
 
Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib.
 
"Dinamo-Avto” 2 turdan sonra 1 xalla 8 iştirakçı arasında 6-cı pillədədir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər